Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Fatimə Mühacirani "Təbriz Günü" münasibətilə yaydığı müraciətdə bildirib: Azərbaycan təkcə bir bölgə deyil; o, İran torpağının tarixi qədər geniş bir açıq kitab, nəsillərə azadlıq, qeyrət və sivilizasiya dərsi verən bir məktəbdir. Bu, milli sərkərdə Səttarxanın və milli qəhrəman Bağırxanın diyarıdır; elə bir yurd ki, onun təqviminin hər səhifəsində unudulmaz qəhrəmanlıqların izləri görünür.
O əlavə edib: "Təbriz Günü" daim bu vətənin görkəmli şəxsiyyətlərinin və qəhrəmanlarının yetişdiyi torpağa ehtiram göstərmək üçün dəyərli fürsətdir. Şəms Təbrizi, Ustad Şəhriyar, Əllamə Məhəmməd Tağı Cəfəri və Əllamə Seyid Məhəmməd Hüseyn Təbatəbai kimi mütəfəkkir və ariflər – İranın poeziya, təfəkkür və irfan zirvələri – eləcə də şəhid Cavad Fəkuri, Əli Təcəllayi, mehrab şəhidləri Ayətullah Qazi Təbatəbai və Ayətullah Mədəni kimi igid sərkərdələr və komandirlər tarix səhnəsində İranın izzətini və müstəqilliyini qorumaq naminə öz canlarını fəda ediblər.
Hökumət sözçüsü vurğulayıb: Bu gündə tarixin həlledici dönəmlərində İranın ucalığı uğrunda çalışan və bu gün də ölkənin izzəti və qüdrəti naminə fəaliyyət göstərən hər kəsə, o cümlədən İranın sadiq və cəsur prezidenti, doktor Məsud Pezeşkiana ehtiramımızı bildiririk.
Mühacirani qeyd edib: Təbrizin mədəniyyəti qədim müdrikliklə dinamik inamın vəhdətidir. Onun sözlərinə görə, Təbriz hər zaman “ilk”lərin şəhəri olub və ölkənin inkişaf, mədəniyyət, təhsil, idman və incəsənət sahələrində bir çox mühüm yeniliklərin ilk addımları məhz bu şəhərdən başlanıb.
Sizin rəyiniz