15 iyul 2026 - 17:51
Source: IRNA
HƏMAS: Sionist rejimin İordan çayının qərb sahilindəki yeni şəhərcik planı bölgənin tam işğalına yönəlmiş cinayətdir

12 min yeni məskunlaşma vahidinin inşası və məskunlaşma ərazilərinin infrastrukturunun inkişafı üçün 8 milyard şekel vəsait ayrılması ilə bağlı əldə olunan razılaşma Fələstin torpaqlarının yəhudiləşdirilməsi və daha çox işğal edilməsi istiqamətində “cinayətkar və təhlükəli” addımdır.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İslami Müqavimət Hərəkatı HƏMAS sionist rejimin İordan çayının qərb sahilinin şimalında 12 min yeni mənzil vahidinin tikintisi ilə bağlı razılaşmasını pisləyərək bildirib ki, bu addım Qərb sahilinin tam ilhaqı layihəsinin bir hissəsi və Fələstin xalqına qarşı işğalçılıq siyasətinin daha da gücləndirilməsinə xidmət edir.

HƏMAS bildirib: 12 min yeni məskunlaşma vahidinin inşası və məskunlaşma ərazilərinin infrastrukturunun inkişafı üçün 8 milyard şekel vəsait ayrılması ilə bağlı əldə olunan razılaşma Fələstin torpaqlarının yəhudiləşdirilməsi və daha çox işğal edilməsi istiqamətində “cinayətkar və təhlükəli” addımdır.

Bu qərar sionist rejimin İordan çayının qərb sahili üzərində tam nəzarəti təmin etmək, fələstinlilərə məxsus torpaqları müsadirə etmək və bu bölgənin sakinlərini köçürmək istiqamətində apardığı səylərin davamıdır. Hərəkat bildirib ki, bu addımlar ABŞ-nin dəstəyi və beynəlxalq ictimaiyyətin susqunluğu fonunda həyata keçirilir.

Hərəkat Fələstin qrupları arasında vahid mövqenin formalaşdırılmasının vacibliyini vurğulayaraq, müqavimət yolunun gücləndirilməsinə və sionist rejim kabinetinin siyasətlərinə qarşı mübarizənin bütün formalarının genişləndirilməsinə çağırıb.

HƏMAS həmçinin İordan çayının qərb sahilində və Qüdsdə yaşayan fələstinliləri sionist rejimə qarşı mübarizəni gücləndirməyə çağırıb, BMT və beynəlxalq ictimaiyyətdən isə yalnız sözlü qınamalarla kifayətlənməyərək, məskunlaşdırma siyasətinin dayandırılması və Fələstin xalqının hüquqlarının müdafiəsi üçün praktiki tədbirlər görməyi tələb edib.

Sizin rəyiniz

You are replying to: .
captcha