Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Rusiya Xarici İşlər Nazirliyi çərşənbə axşamı, 1 iyin tarixində “Fars Körfəzi regionunda kollektiv təhlükəsizlik üzrə Rusiya doktrinası” sənədinin yenilənmiş versiyasını dərc edib.
Moskva mətbuat bəyanatında bu yenilənmənin zərurətini “ABŞ və İsrailin İrana qarşı birgə təcavüzləri” ilə əsaslandırıb və bunun “uzunmüddətli və kompromisə əsaslanan həll yollarının tapılması üçün kollektiv siyasi və diplomatik səyləri” zəruri etdiyini vurğulayıb.
Qeyd edək ki, Rusiyanın yeni mövqeyi, İran İslam Respublikasının ABŞ-nin region ölkələrinin ərazilərindən istifadə edərək öz milli təhlükəsizliyini təhdid etməsinin qarşısının alınmasını tələb edən yanaşması ilə tam uyğun hesab olunur.
Sizin rəyiniz