Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Yəhudilərin Yediot Ahronot qəzeti Benyamin Netanyahunun daxili siyasi və seçki maraqları istiqamətində açıq şəkildə sui-istifadəsi nəticəsində Birləşmiş Ərəb Əmirliklərinin piyada qüvvəsinə çevrilməsindən sonra Əbu-Dabinin hakimiyyət dairələrində yaranan gizli böhran və örtülü qəzəbi üzə çıxarıb.
Sionist rejimin əl-Ədəse nəşri ifşa edib ki, Tel-Əviv BƏƏ ərazisinin müdafiəsi üçün bu ölkədə Dəmir Qübbə hava hücumundan müdafiə sistemləri yerləşdirib.
Bu isə Əbu-Dabinin ictimai rəyin mümkün reaksiyalarından ehtiyat edərək “müəmmalı siyasət” yürütməklə özünün bu rejimin qucağından tam hərbi asılılığını ört-basdır etməyə çalışdığı bir vaxta təsadüf edir.
Sizin rəyiniz