27 aprel 2026 - 19:43
Source: IRNA
İranın ABŞ bazalarına hücumlarının ziyanı rəsmi açıqlanandan qat-qat çoxdur

Hesabatda qeyd olunur ki, ABŞ-nin hava hücumundan müdafiə sistemlərinin mövcudluğuna baxmayaraq, hətta F-5 tipli bir qırıcı belə bu hədəflərdən birinə zərbə endirə bilib; bu isə mənbələrə görə, müdafiə sistemlərində boşluqların olduğunu göstərir.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Yeni bir hesabat göstərir ki, İranın Yaxın Şərqdə ABŞ-nin hərbi bazaları və hərbi texnikasına endirdiyi zərbələr nəticəsində yaranan ziyanın həcmi indiyədək rəsmi şəkildə açıqlanandan xeyli böyükdür və hətta Vaşinqton daxilində də bu ziyanın miqyası ilə bağlı ciddi qeyri-müəyyənliklər mövcuddur.

Hesabata əsasən, ABŞ və İsrailin İran ərazisinə qarşı hərbi təcavüzünün başlanmasından etibarən İranın hücumları ən azı yeddi ölkədə yerləşən bir sıra hərbi obyektləri hədəfə alıb.

Hədəflər sırasında silah anbarları, komanda-idarəetmə mərkəzləri, təyyarə anqarları, peyk rabitə sistemləri, uçuş-enmə zolaqları, radar sistemləri və hətta təyyarələrin özü yer alıb.

Hesabatda qeyd olunur ki, ABŞ-nin hava hücumundan müdafiə sistemlərinin mövcudluğuna baxmayaraq, hətta F-5 tipli bir qırıcı belə bu hədəflərdən birinə zərbə endirə bilib; bu isə mənbələrə görə, müdafiə sistemlərində boşluqların olduğunu göstərir.

Sizin rəyiniz

You are replying to: .
captcha