Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Yaponiyanın tanınmış media orqanlarından biri sərt məqalə dərc edərək ABŞ-nin İrana hərbi hücumunu və şəhid Liderə qarşı terror aktını “dəlisov” və “ağıldankənar” addım, həmçinin Qərbin maskasız diktaturası kimi qiymətləndirib. Media Tokio hökumətini də Vaşinqtonu kor-koranə dəstəklədiyinə və İranın siyasi liderlərinə qarşı əməliyyatları dolayı şəkildə qəbul etdiyinə görə kəskin tənqid edib.
Məqalədə ABŞ prezidenti Donald Trampın hücumdan sonra iranlılara “ayağa qalxın” çağırışı etməsinə də toxunularaq qeyd olunub: “O, bütün beynəlxalq qanunları nəzərə almadan birdən-birə başqa bir ölkənin siyasi liderlərinə qarşı əməliyyat həyata keçirmək qərarı verib. Bu, bütün dünyanı qorxuya salan dəlisov davranışdır.”
Sizin rəyiniz