Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Azərbaycan Respublikasının Naxçıvan bölgəsinə edilən PUA hücumu ilə bağlı medianın sualına cavab olaraq bildirib: "Regiondakı cari proseslərə görə məsuliyyət təcavüzkar ölkələrin və bu təcavüzü birbaşa və ya dolayısı ilə dəstəkləyənlərin üzərinə düşür".
Mariya Zaxarova əlavə edib: "Biz Qərbi Asiyada çox təhlükəli hadisələrdə ciddi narahatlığımızı bildiririk. Bu gərginlik ABŞ və İsrailin tamamilə əsassız bəhanələrlə İrana qarşı həyata keçirdiyi əsassız və qanunsuz hərbi təcavüzdən qaynaqlanır".
XİN sözçüsü qeyd edib: ABŞ və İsrail BMT Nizamnaməsini və beynəlxalq hüququn fundamental prinsiplərini pozaraq, BMT-nin üzvü olan müstəqil və suveren bir dövlətin qanuni nüfuzunu sarsıtmağa çalışırlar.
Rusiyalı diplomat PUA hadisəsindən sonra İran və Azərbaycan münasibətlərində yaranan gərginliklə bağlı deyib: "Biz hər iki tərəfi — strateji tərəfdaşlarımızı — maksimum ehtiyatlı olmağa, tələsik addımlardan çəkinməyə, mehriban qonşuluq prinsipinə sadiq qalaraq regionda yeni münaqişə xətləri yaratmamağa çağırırıq".
Zaxarova xatırladıb ki, belə gərgin şəraitdə regionda vəziyyəti daha da pisləşdirə biləcək hər hansı bir hadisənin bütün aspektlərini dərindən araşdırmaq son dərəcə vacibdir.
Sizin rəyiniz