Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İslami Şura Məclisinin Səhiyyə və Müalicə Komissiyasının üzvü Fatimə Məhəmmədbeygi bildirib: sionist rejimin və ABŞ-nin ölkəyə qarşı həyata keçirdiyi terror hücumu və aşkar təcavüzü nəticəsində 5 xəstəxana və tibb mərkəzinə ciddi ziyan dəyib və ya dağılıb. Buna görə də, təkrar hücum ehtimalı ilə əlaqədar bir sıra tibb müəssisələri təxliyə edilib.
Xanım Məhəmmədbeygi ölkənin müxtəlif bölgələrindəki xəstəxanalar, tibb mərkəzləri, səhiyyə sahəsi və xilasetmə bölmələrinə etdiyi baxışdan sonra əlavə edib: Təəssüf ki, bu qanunsuz hücum xəstəxana binalarının və tibb mərkəzlərinin dağılması ilə yanaşı, bir qrup şagirdin və yerli sakinin də yaralanmasına səbəb olmuşdur.
Sizin rəyiniz