Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İRNA-nın Cenevrəyə ezam olunmuş müxbiri xəbər verir ki, nüvə danışıqlarının üçüncü raundu əvvəlkilərlə müqayisədə daha çox ABŞ rəsmilərinin danışıqların mövzuları ilə bağlı ziddiyyətli açıqlamalarının fonunda keçirilir.
İran tərəfi danışıqlara hər zaman aydın və vahid mövqe ilə qatıldığı və danışıqların mövzuları və əsasları üzrə hakimiyyətin müxtəlif səviyyələrində hərtərəfli koordinasiyanın müşahidə olunduğu halda, ABŞ tərəfində müxtəlif rəsmilər arasında ziddiyyətli, bəzən isə bir-birinə əks mövqelər diqqət çəkir.
Bu vəziyyət ABŞ hakimiyyəti daxilində məqsədli şəkildə vəzifə bölgüsü kimi qiymətləndirilə biləcəyi kimi, eyni zamanda daxili çaşqınlıq, maraqların toqquşması və müxtəlif siyasi qanadlar və güc lobbilərinin təzyiqlərinin göstəricisi də ola bilər.
Bu kontekstdə müharibə tərəfdarı sionist lobbisinin, eləcə də beynəlxalq münasibətlərə sərt yanaşmaları ilə seçilən senator Lindsey Qrahamın rolunu nəzərdən qaçırmaq olmaz. ABŞ prezidenti ətrafındakı dairələr arasında daxili rəqabət və ona yaxınlaşmaq üçün aparılan siyasi manevrlər də diqqətə alınır.
Bəzi müşahidəçilər hesab edir ki, ABŞ dövlət katibi Marco Rubio senator Qraham və İsrailin baş naziri Benyamin Netanyahu ilə birlikdə danışıqlarda hər hansı irəliləyişin qarşısını almağa çalışır.
Qeyd edək ki, İran–ABŞ nüvə danışıqları Cenevrədə Oman Sultanlığına məxsus diplomatik məkanda başlayıb və hazırda davam edir.
İran nümayəndə heyəti danışıqlar məkanına daxil olduqdan dərhal sonra Oman rəsmiləri və Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru ilə danışıqlar aparıb.
Sizin rəyiniz