Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikası nümayəndə heyətinin Cenevrə şəhərində ABŞ ilə dolayı danışıqların keçirildiyi məkana yollanmasından az sonra nüvə danışıqlarının üçüncü raundunun ikinci mərhələsi başlayıb.
İRNA-nın Cenevrəyə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, İran və ABŞ arasında dolayı danışıqların üçüncü raundu bu gün – cümə axşamı – səhər saatlarında Oman səfirliyinə məxsus binalardan birində start götürüb. Üç saat davam edən intensiv müzakirələrdən sonra fasilə elan olunub ki, heyətlər müzakirə mövzuları ilə bağlı paytaxtlarla məsləhətləşmələr aparsınlar.
Qeyd edək ki, İran və Oman xarici işlər nazirləri bu gün səhər, İran və ABŞ arasında danışıqların başlanmasından bir neçə saat əvvəl İsveçrənin Cenevrə şəhərində görüşərək müzakirə aparıblar.
Sizin rəyiniz