Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Çinin tərksilah məsələləri üzrə nümayəndəsi Şen Cian, Pekinin nüvə sınaqları ilə bağlı ABŞ-nin ittihamlarını rədd edərək, onları "tamamilə əsassız" adlandırdı və dedi: Vaşinqton bu cür iddialarla nüvə sınaqlarının bərpası ehtimalını əsaslandırmağa çalışır.
Şen Cian Cenevrədə keçirilən Yüksək Səviyyəli Tərksilah Görüşündə Çinin Hərtərəfli Nüvə Sınaqlarının Qadağan Edilməsi Müqaviləsinin məqsəd və prinsiplərini qətiyyətlə dəstəklədiyini və ABŞ-nin Pekinin nüvə partlayıcı sınaqları keçirdiyinə dair iddialarını "tamamilə əsassız" hesab etdiyini açıqladı.
Sizin rəyiniz