Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İspaniya Parlamenti İspaniyada ictimai yerlərdə niqab və burka taxılmasını qadağan edən sağçı “Vox” partiyası tərəfindən təklif edilən qanun layihəsinə qarşı səs verib.
Səsvermə çərşənbə axşamı keçirilən plenar iclasda baş tutub. Vox ictimai yerlərdə niqab və burka taxılmasını qadağan etməyi tələb edib "Qadınların Ləyaqətinin Qorunması və İctimai Təhlükəsizliyi" adlı qanun layihəsini parlamentə təqdim edib.
Mühafizəkar Xalq Partiyası və Navarra Xalq Birliyi qanun layihəsini dəstəkləsə də, geniş dəstək qazana bilməyib.
Kanar Adaları Koalisiyası bitərəf qalıb, hakim Sosialist İşçi Partiyası və müttəfiqləri isə əleyhinə səs veriblər.
Debat zamanı solçu deputatlar Vox-u nifrət yaymaqda günahlandırıblar və bildiriblər ki, qanun layihəsi "qadınlara kömək etmir" və əksinə sosial gərginliyi artırır.
Qeyd etmək lazımdır ki, Fransa, Belçika, Hollandiya, Avstriya, Danimarka, İsveçrə və Bolqarıstan da daxil olmaqla bir sıra Avropa ölkələri ictimai yerlərdə niqab və burkanın taxılmasını qadağan edib. Bəzi məhdudiyyətlər və ya qismən qadağalar Norveç, Almaniya, İspaniya və İtaliya kimi digər ölkələrdə də mövcuddur.
Sizin rəyiniz