Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Xarici İşlər Naziri “X” platformasında yazıb: Mən Cenevrəyə ədalətli və balanslı bir razılaşma əldə etmək üçün real təşəbbüslərlə gəlmişəm. Gündəmdə qətiyyən olmayan şey: təhdidlərə təslim olmaq.
Xarici İşlər naziri Seyid Abbas Əraqçi özünün X hesabında yazıb: Bu gün ölkəmizin nüvə mütəxəssisləri ilə birlikdə ətraflı texniki müzakirələr üçün Rafael Qrossi (Beynəlxalq Atom Enerjisi Agentliyinin Baş Direktoru) ilə görüşəcəyəm. Çərşənbə axşamı ABŞ ilə diplomatik məsləhətləşmələr başlamazdan əvvəl Bədr Əl-Busəid (Omanın Xarici İşlər naziri) ilə də görüşəcəyəm.
Diplomatik xidmət rəhbəri davam edib: Mən Cenevrəyə ədalətli və balanslı bir razılaşma əldə etmək üçün real təşəbbüslərlə gəlmişəm. Gündəmdə qətiyyən olmayan şey: təhdidlərə təslim olmaq.

Sizin rəyiniz