Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Livan Hizbullah Təşkilatının İcra Şurasının rəhbəri Şeyx Əli Dəmuş sionist rejimin və ABŞ-nin İran İslam Respublikasına qarşı düşmənçiliyinin səbəbini onun İslam və inqilabi təbiəti hesab edərək, bu ölkənin "Böyük İsrail" kimi tanınan layihənin reallaşmasına mane olduğunu vurğuladı.
O əlavə etdi: İran (ABŞ və sionist rejimin düşmənçiliyi və hərəkətləri ilə) hədəfə alınıb, çünki o, hələ də bu rejimlə mübarizə və qarşıdurmanın mərkəzində olan yeganə ölkədir.
Düşmənlərin İrana qarşı mümkün hərbi macəra aparmaq səylərinə gəldikdə, Hizbullah İcra Şurasının rəhbəri sözünə davam etdi: "Bu gün İrana qarşı müharibə Amerikanın maraqlarından daha çox İsrailin maraqlarına uyğundur və Təl-Əviv Tehranla Vaşinqton arasındakı danışıqlar prosesini məhv etməyə və müharibəni alovlandırmaq üçün bəhanələr yaratmağa çalışır."
Sizin rəyiniz