13 fevral 2026 - 17:22
NATO Rheinmetall konsernindən 200 milyon avroluq mərmi sifariş edib

NATO Rheinmetall konsernindən 200 milyon avroluq mərmi sifariş edib

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: NATO Almaniyanın "Rheinmetall" konsernindən təxminən 200 milyon avro məbləğində 120 mm-lik tank mərmiləri sifariş edib.

"Report" xəbər verir ki, bu barədə xarici KİV-lər konsernin açıqlamasına istinadən məlumat yayıb.

"NATO-nun Dəstək və Satınalma Agentliyi (NSPA) 2025-ci ildə bağlanmış çərçivə sazişi əsasında təxminən 200 milyon avro dəyərində 120 millimetrlik tank mərmilərinin ilk partiyasını sifariş edib", - məlumatda deyilir.

"Rheinmetall"da qeyd ediblər ki, saziş blokun üzv dövlətlərinə NSPA vasitəsilə birbaşa sifariş verməklə döyüş sursatlarının satınalma prosedurunu sadələşdirməyə imkan verir.

Sizin rəyiniz

You are replying to: .
captcha