10 fevral 2026 - 17:21
Hakan Fidan: İran və ABŞ arasında yaxın zamanlarda baş verə biləcək müharibə əlaməti yoxdur

“Hər iki tərəf vaxt qazanmağa çalışır və bu, onların ümumi strategiyasının bir hissəsidir. Əlbəttə ki, bütün danışıqlar alternativ ssenarilərə hazırlıq tələb edir. İran bu baxımdan böyük təcrübəyə malikdir, çünki keçmişdə oxşar şəraitdə dəfələrlə xarici hücumların hədəfi olub və danışıqları davam etdirib.”

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Türkiyə Xarici İşlər Naziri mövcud şəraitdə ABŞ və İran İslam Respublikası arasında yaxın zamanlarda baş verə biləcək müharibə təhlükəsi əlaməti olmadığını açıqladı.

Fidan bazar ertəsi axşamı CNN Türk-ə verdiyi televiziya müsahibəsində "İranda hava hücumları və ya digər üsullarla rejimin dəyişdirilməsinin qeyri-real bir fikir olduğunu" vurğulayaraq əlavə edib: "Ən azı hazırda ciddi və ya qaçılmaz müharibə təhlükəsi yoxdur."

Tehran və Vaşinqtonun yeni bir razılığa gəlmə ehtimalı ilə bağlı o deyib: "Gəlin belə bir ehtimalın mövcud olduğunu fərz edək; əslində dialoq qapısı azça da olsa açılıb."

Türkiyə xarici işlər naziri izah edib: “Hər iki tərəf vaxt qazanmağa çalışır və bu, onların ümumi strategiyasının bir hissəsidir. Əlbəttə ki, bütün danışıqlar alternativ ssenarilərə hazırlıq tələb edir. İran bu baxımdan böyük təcrübəyə malikdir, çünki keçmişdə oxşar şəraitdə dəfələrlə xarici hücumların hədəfi olub və danışıqları davam etdirib.”

Fidan əlavə edib: “Son hücumdan sonra Amerika rəsmiləri mənimlə əlaqə saxlayaraq İran tərəfinə yaxın saatlarda hər şeyin baş verə biləcəyi barədə mesaj çatdırmağımı istədilər.”

O, həmçinin bildirdi: “İranlıların hazırda nüvə silahı yoxdur və onların nüvə silahı yaratmaq niyyətində olduqları barədə etibarlı məlumat da yoxdur.”

İranın nüvə silahı əldə etməsi halında Türkiyə üçün potensial təhlükəsizlik təhdidi ilə bağlı suala cavab olaraq Türkiyə xarici işlər naziri bildirib:

“Biz regional güc tənliklərində hər hansı bir fundamental dəyişiklik istəmirik. Bölgədə silahlanma yarışının başlamasının qarşısını almaq üçün mövcud balans qorunmalıdır”.

Fidan xəbərdarlıq edib ki, bu balans pozularsa, digər ölkələr də nüvə qüdrəti əldə etməyə çalışacaqlar və bu, Türkiyəni istəməsə belə, nüvə silahlanma yarışına məcbur edə bilər.

Sizin rəyiniz

You are replying to: .
captcha