Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Mançester Siti klubunun meneceri Pep Qvardiola İngiltərə Liqa Kubokunun yarımfinalında komandasının Nyukasl Yunaytedlə ikinci oyunundan əvvəl keçirilən mətbuat konfransında Qəzzada və Sudan da daxil olmaqla müharibə gedən bütün ərazilərdə mülki şəxslərin öldürülməsini pisləyərək, insan həyatının müdafiəsinin insanlıq borcu olduğunu və siyasi mülahizələrə qurban verilməməli olduğunu bildirdi.
Qvardiola bugünkü dünyada informasiyaya olan geniş çıxışa toxunaraq qeyd etdi: “Bəşəriyyət tarixində heç bir zaman faktlar gözümüzün qarşısında bu qədər aydın olmayıb. Fələstindəki soyqırım, Ukraynada, Rusiyada, Sudanda baş verənlər - hər yerdə. Bu, insan olaraq bizim problemimizdir.”
55 yaşlı Mançester Siti meneceri mövqeyinin siyasi və ya qərəzli olmadığını israr edərək əlavə etdi: “Məsələ, yalnız Fələstin deyil. Bəşəriyyəti daha yaxşı edə biləcək hər bir şey əhəmiyyətlidir. İnsanlar müharibədən qaçarkən, ölkələrini tərk edərkən və Aralıq dənizini keçərkən kimin haqlı, kimin haqsız olduğunu soruşmamalısınız; onları xilas etməlisiniz. İnsanlar öldükləri an sizin vəzifəniz onlara kömək etməkdir.”
Qvardiola həmçinin ötən ay Minneapolisdə ABŞ federal qüvvələri tərəfindən Rene Qud və Aleks Perettinin öldürülməsini də misal gətirərək, hadisəni ədalətsizliyə qarşı durmağın vacibliyinin nümunəsi adlandırıb.
O, bu qırğınları müdafiə olunmaz adlandıraraq dedi: “Əgər bir şey səhvdirsə, yol məhkəməyə getmək, məhkəməyə vermək, mühakimə olunmaq və həbs olunmaqdır. Müasir cəmiyyətin mənası budur, insanları öldürmək yox.”
O, mülki əhalinin, xüsusən də qadın və uşaqların əzab çəkdiyini göstərən görüntüləri görməyi onu ağrıtdığını deyərək bildirdi: “Bu görüntüləri görəndə əzab çəkirəm. Minlərlə günahsız insanın öldürülməsi məni ağrıdır. Mən həmişə bu vəziyyətə qarşı duracağam. Ataların, anaların və uşaqların hər gün həyatlarının məhv edildiyini görəndə necə laqeyd qala bilərsiniz? Mən laqeyd deyiləm.”
Sizin rəyiniz