Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Merilend Universitetinin professoru vurğulayıb ki, ABŞ-nin hər hansı bir avantürası (macəraçılığı) zamanı, İran İslam Respublikası ballistik raketlər və dronlardan istifadə edərək ABŞ-nin, İsrail rejiminin və onların bölgədəki müttəfiqlərinin maraqlarını və bazalarını hədəf ala bilər.
Merilend Universitetinin professoru Frank Mesmar: "ABŞ-nin hər hansı bir macəraçılığı halında, İran ballistik raketlər və dronlarla ABŞ və İsrail rejiminin bölgədəki mənfəətlərini və bazalarını vura bilər. Həmçinin İranın Fars körfəzini minalaması ehtimalı da mövcuddur; xüsusilə İran və Oman arasındakı dar Hörmüz boğazı həyati bir keçid nöqtəsi hesab olunur. Dünya üzrə maye qaz (LNG) ixracının təxminən 20%-i, neft və neft məhsullarının isə 20-25%-i hər il bu boğazdan keçir. İran bundan əvvəl dənizdə sürətli minalama üzrə hərbi təlimlər keçirib. Əgər bu addımı atarsa, şübhəsiz ki, qlobal ticarət və neft qiymətləri bundan ciddi şəkildə təsirlənəcək."
Sizin rəyiniz