Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Xəbər verdiyimiz kimi Suriyanın müvəqqəti hökumətinin rəhbərliyinə özünü təyin etmiş, "Əbu Məhəmməd əl-Culani" kimi tanınan Əhməd əl-Şaraa, ötən gün, çərşənbə günü Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüşdə Rusiyanın Suriyanın birliyini və sabitliyini dəstəklədiyini bildirib.
Qolani əlavə edib: Son bir ildə Rusiya və Suriya nümayəndə heyətləri 13 dəfə görüşüb.
"Əbu Məhəmməd əl-Culani” Suriyanın son bir ildə müxtəlif mərhələləri və maneələri aşdığını vurğulayıb.
Bu görüşdə Putin həmçinin Rusiya-Suriya münasibətlərinin tarixi olduğunu və fəal şəkildə inkişaf etdiyini və irəlilədiyini, bütün sahələrdə səmərəli ikitərəfli əməkdaşlığın olduğunu bildirib.
Rusiya Prezidenti iki ölkə arasında əməkdaşlıq səviyyəsində əhəmiyyətli irəliləyişlər əldə edildiyini qeyd edib.
Sizin rəyiniz