25 yanvar 2026 - 19:21
Source: IRNA
Qalibaf: Sionist rejimi İrana qarşı son terror müharibəsində 48 saatdan az bir müddətdə rüsvayçı bir məğlubiyyətə uğradı

Qalibaf: Sionist rejimi son terror müharibəsində 48 saatdan az bir müddətdə rüsvayçı bir məğlubiyyətə uğradı

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İslami Şura Məclisinin sədri, 12 günlük müharibə və son terror müharibəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zəhmətlərini yüksək qiymətləndirərək bildirib: Sionist rejimi İranda eyni vaxtda və mütəşəkkil şəkildə müxtəlif şəhərlərdə terror aktları həyata keçirdi, lakin ilahi yardımla 48 saatdan az bir müddətdə, 12 günlük müharibədən daha rüsvayçı bir məğlubiyyətə uğradı.

Məclis sədri, bu terrorçular açıq-aydın şəkildə sionist rejimi, Amerika və onların nökərlərinin muzdurları olduğunu qeyd edərək əlavə edib: Hər bir Bəsic (könüllü), SEPAH və polis əməkdaşının əlindən öpmək lazımdır; onlar ki, başları kəsildi, diri-diri odda yandırıldılar və ya ağır yaralandılar, lakin şücaətlə və məzlumcasına meydanda qaldılar.

Qalibaf vurğulayıb: İranın müdafiəçiləri məzlum idilər, lakin öz dini və milli qeyrətlərindən zərrə qədər də əsirgəmədilər. Buna görə də onların dözümünə və müqavimətinə salam göndəririk; onlar Qurani-Kərim, Əhli-Beyt (ə) və İmam (r.ə) ilə bağladıqları əhd-peymanda zərrə qədər də tərəddüd etmədilər.

Sizin rəyiniz

You are replying to: .
captcha