20 yanvar 2026 - 14:54
İraq Baş Naziri və Həşdu-Şəbi Komandanlığı Suriya ilə sərhədlərin kontrol edilməsini vurğuladılar

Xatırladaq ki, bir neçə gündür ki, Suriyanın şimal və şərq bölgələrində kürdlərin Suriya Demokrat Qüvvələri (QSD) ilə Suriyaya hakim kəsilmiş vəhhabi Colani rejiminə bağlı Ordu arasında atışmalar gedir.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İraqın Baş Naziri Əbdül Həmid əl-Şəmri və İraq Könüllü Xalq Dəstələri olan Həşdu Şəbinin Əl-Ənbar əməliyyatı üzrə komandiri Qasım Müslih bəyanat verərək bildiriblər ki, İraqın Suriya ilə sərhədləri tam nəzarət altındadır və təhlükəsizlik tam şəkildə bərqərardır.

Komandir Əl-Şəmri mətbuat konfransında verdiyi açıqlamada bildirib: “Biz hər gün Suriya hadisələrini yaxından izləyirik və üç il bundan öncə ölkənin bu gününü praqnozlaşdırmışdıq.”

İraqın Baş Naziri bildirib: “İraq dövləti Suriya sərhədi boyunca 620 km xəndək qazıb və modern hərarət dürbinləri yerləşdirib. Sərhədlərimiz 24 saat ərzində tam nəzarətimizdədir.”

Xatırladaq ki, bir neçə gündür ki, Suriyanın şimal və şərq bölgələrində kürdlərin Suriya Demokrat Qüvvələri (QSD) ilə Suriyaya hakim kəsilmiş vəhhabi Colani rejiminə bağlı Ordu arasında atışmalar gedir.

Sizin rəyiniz

You are replying to: .
captcha