Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının İsveçrədəki səfiri Bərimani Dünya İqtisadi Forumunun (Davos) Seyid Abbas Əraqçinin builki iclasda iştirakı ilə bağlı addımına reaksiya verərək bildirib: Onların məqsədi İranın səsinin qlobal auditoriyaya çatmasına mane olmaqdır.
Səfir qeyd edib ki, Dünya İqtisadi Forumu rəhbərliyinin bu əsassız addımı şübhəsiz ki, anti-İran dairələrin və radikal ABŞ-sionist cərəyanlarının təzyiqi və aşkar təsiri altında atılıb. Bu, onların İranın səsinin beynəlxalq müstəvidə eşidilməsindən qorxduqlarını göstərir.
Bu hərəkətin heç bir bəraəti yoxdur, beynəlxalq etiket və protokol qaydalarına tamamilə ziddir. Bu addım Dünya İqtisadi Forumunun nüfuzuna ciddi xələl gətirir.
Sizin rəyiniz