Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Talş Dağlarına yağan güclü qar Ərdəbil əyalətinin Səreyn rayonunun Alvares və Ocur xizəksürmə pistlərini çox qalın şəkildə örtərək xizəksürmə yarışlarının keçirilməsi üçün əlverişli şərait yaradıb. Ölkənin müxtəlif yerlərindən xizəksürənlərinin yarışlara qatılmağa hazırlığı, bu tədbirin xoşbəxt və xatırlanacaq bir hadisə olacağını göstərir.
Səreyn nəqliyyat və yol idarəsi qar təmizləmə və pistlərin hazırlığı zamanı qarın hündürlüyünün 2 metrə qədər olduğunu bildirib. Rayonun icra başçısı, pistləri ziyarət edərkən, 25-27 yanvar tarixləri arasında keçiriləcək milli xizəksürmə yarışlarının hazırlıq şəraitinin tam hazır olduğunu bildirib.
Xizəksürənlər və xizəksürmə komandaları ölkənin müxtəlif yerlərindən bu idman növü yarışlarına iştirak etmək üçün Səreyn turizm rayonuna gələcəklərini bildirmişlər.
Hər gün xizəksürmə pistlərində Alvares və Ocurda çoxlu sayda turist, səyahətçilər və qış tədbirlərindən zövq alanlar iştirak edir. Biz Səreyn şəhərində keçiriləcək milli xizəksürmə yarışlarına yaxşı ev sahibliyi etmək üçün çalışırıq.
Sizin rəyiniz