Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının ETTELAAT -Təhlükəsizlik Nazirliyi casusluq və təxribat işləri üçün istifadə olunan elektron cihazlara aid külli miqdarda yük kəşf edərək zəbt edib.
ETTELAAT-ın bu barədə verdiyi bəyanatında bildirilir: “Qeyd olunan elektron cihazlar İranın qonşu ölkələrinin birindən ölkəyə qanunsuz yollarla daxil edilib. Hədəf, cihazların iğtişaçlar olan əyalətlərdə, terrorçular arasında paylanılması olub.”
Kəşf olunan yük sırasında 100 ədəd uzaq məsafədən elektrondalğaları qəbul edən cihazlar, 50 ədəd BTS dalğaları gücləndirən cihazlar, 743 ədəd 5G modem aparatı, 799 ədəd yeni nəsil mobil telefon aparatları olub.
Xarici ölkə terrorçuları və muzdurları qeyd olunan müasir elektron cihazları ələ gətirdikləri təqdirdə, onları quraşdıraraq bir-biri ilə əlaqələndirdikdə müstəqil formada mobil telefon stansiyası təşkil edərək, şəhər və rayonlarda, dağlarda, səhralarda və istənilən yerdə casusluq və terror əməliyyatlarını həyata keçirtmək üçün telefon xəttinə və internetə çıxış tapa biləcəkdirlər.
Sizin rəyiniz