14 yanvar 2026 - 14:21
Sionist rejim zindanlarında sözün əsil mənasında müharibə cinayəti törədilir

Fələstinli əsir və azadələrin işləri ilə bağlı rəisi qanunsuz sionist rejimin zindanları haqqında açıqlama verərək bildirib ki, bu saxlanma mərkəzlərində sözün əsil mənasında müharibə cinayətləri törədilməkdədir.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Fələstinli əsir və azadələrin işləri ilə bağlı rəis qanunsuz İsrail rejimin həbsxanalarında şəhadətə yetən Qəzzəli əsir barədə açıqlama verərək bildirib ki, sionist rejimin əsirliyində fələstinli əsirlərin şəhadətə yetirilməsi olduqca xətərli bir əlamətdir.

Şahab Xəbər Agentliyinin verdiyi məlumata görə, Fələstinli əsir və azadələrin işləri ilə bağlı rəisi Raid Əbul-Homs bildirib: “Fələstinli əsirlər, işğalçı İsrail rejimin həbsxanalarında sionist rejimin öncədən planlaşdırdığı siyasətlər çərçivəsində qətlə yetirilirlər. Və bu gözə-görünməz qətillər beynəlxalq qanunlar və konvesiyalara zidd olan, işğalçıların Fələstində kütləvi şəkildə edam və qətilləri həyata keçirdikləri bir vaxtda baş verməkdədir.”

Raid Əbul-Homs sionist rejimin zindanlarında şəhadətə yetirilən Həmzə Udvanın qətlə yetirilməsinə işarə edərək bildirib: “27 ay ərzində qətlə yetirilən fələstinli əsirlərin sayı 87 nəfərə çatıb. Bu elə bir vaxtdadır ki, 1967-ci ildən bəri bu günə kimi ümumi fələstinli əsirlərin sayı 324 nəfərdir.”

Sizin rəyiniz

You are replying to: .
captcha