Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İRNA Xəbər Agentliyinin verdiyi məlumata görə, İran İslam Respublikasının Xarici İşlər Naziri Avropa İttifaqının ikili standartlarını tənqid edərək xəbərdarlıq etdi: İran istənilən məhdudiyyətin əvəzini çıxacaq.
Xarici İşlər naziri Seyid Abbas Əraqçi X sosial şəbəkəsindəki hesabında Avropa Parlamentinin İran diplomatları və nümayəndələrinin bu parlamentə girişini qadağan etməsinə münasibət bildirib və yazıb: 70,000 fələstinlinin həyatını itirdiyi Qəzzə qətlimanıdan iki ildən çox müddət keçməsi, Avropa Parlamentini heç bir addım atmağa sövq etməyib. Hətta Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən müharibə cinayəti törətmə ittihamı ilə axtarışda olan Netanyahu Avropa səmasında sərbəst şəkildə uçur.
Əraqçi İranın Avropa İttifaqı ilə düşmənçilik ardınca olmadığını bildirərərk xatırlatdı: İran istənilən məhdudiyyətin əvəzini çıxacaq.
Sizin rəyiniz