11 yanvar 2026 - 15:31
Misirin Ovqaf Nazirliyi İsra və Peyğəmbərin Meracı barəsində bəyanat yayımladı

Misirin Ovqaf Nazirliyi elektron səhifəsində İsra və Peyğəmbəri Əkrəmin (səlləllahu əleyhi və alih) merac möcüzəsi haqqında geniş bir bəyanat yayımlayıb və vurğulayıb ki, bu möcüzə İslam Peyğəmbərinin Məkkədən Mədinə şəhərinə Hicrət etməsindən öncə baş vermişdir.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Misirin Ovqaf Nazirliyi elektron səhifəsində İsra və Peyğəmbəri Əkrəmin (səlləllahu əleyhi və alih) merac möcüzəsi haqqında geniş bir bəyanat yayımlayıb və vurğulayıb ki, bu möcüzə İslam Peyğəmbərinin Məkkədən Mədinə şəhərinə Hicrət etməsindən öncə baş vermişdir. Belə ki, bu hadisədə əziz İslam Peyğəmbəri Məkkəi Mükərrəmədə yerləşən Məscidul Həramdan Fələstinin Qüds şəhərində yerləşən Beytül Müqəddəsdəki Məscidul Əqsaya seyr elətirilmiş və oradan da heç bir Mürsəl Peyğəmbərin (əla nəbiyyina və alihi və əleyhi səlam), hətta müqərrəb mələyin çata bilmədiyi və seyr edilmədiyi Ali Asimanlara, ta Sidrətul Muntəhaya qədər qaldırılaraq merac edilmişdir.

Misrin Ovqaf Nazirliyi bəyan edib ki, İsra və Merac gecəsi İslam Risalətində həll edici gecə rolu oynayıb. Çünki məhz həmin gecədə 24 saat ərzində ibadət etmək üçün gündəlik beş vaxt namaz İslam Ümmətinə vacib edilib.

Ovqaf Nazirkiyi əlavə edib ki, İsra möcizəsi və Quran Kərim ilə merac etmək Peyğəmbəri Əkrəmin (səlləllahu əleyhi və alih) sünnəti və Üləmaların İcması ilə heç bir şübhə olunmadan sabit olmuş bir məsələdir. Bu barədə Quran Kərimin İsra sürəsinin birinci ayəsinə istinad etmək kifayətdir:

«سُبْحَانَ الَّذِی أَسْرَی بِعَبْدِهِ لَیْلًا مِّنَ الْمَسْجِدِ الْحَرَامِ إِلَی الْمَسْجِدِ الْأَقْصَی الَّذِی بَارَکْنَا حَوْلَهُ لِنُرِیَهُ مِنْ آیَاتِنَا ۚ إِنَّهُ هُوَ السَّمِیعُ الْبَصِیرُ»

Belə ki bu ayədə buyurulur: “Pak və Münəzzəhdir O (Allah) ki, Öz Bəndəsini ətrafına bərəkət verdiyimiz Məscidul Həramdan Məscidul Əqsaya qədər gecə ikən seyr etdirdi ki, Öz nişanələrimi Ona göstərək. Həqiqətən O (Allah), (hər bir gizli və aşkar şeyi) Eşidən və (hər bir gizli və aşkarı) Görəndir.”

Həmçinin Nəcm sürəsinin 13, 14 və 15-ci ayələrində Allah təala buyururlar:

«وَلَقَدْ رَآهُ نَزْلَةً أُخْرَیٰ عِندَ سِدْرَةِ الْمُنتَهَیٰ عِندَهَا جَنَّةُ الْمَأْوَیٰ…»

Və Həqiqətən birdəfəlik nazil olduğu zaman Onu gördü. Sidrətul Muntəha yanında. Ki, əmniyyətlə dolu olan Beheşt Onun yanındadır.

Misirin Ovqaf Nazirliyi izah verərək bu ayələrin əziz İslam Peyğəmbərin (səlləllahu əleyhi və alih) meracının cism və ruhu ilə birlikdə (yəni ruhunun fiziki formasında olduğu halında) baş verdiyinə dəlalət etdiyini və yuxu formasında və ya xəyallarda olmadığını bildirib.

Bəyanatın davamında Misirin Ovqaf Nazirliyi Ənəs ibn Malikdən nəql olunan səhih hədisə istinad edərək xatırladıb ki, bu möcüzə Peyğəmbəri Əkrəmin (səlləllahu əleyhi və alih) cismi və ruhu ilə birlikdə baş verib. Rəvayətə əsasən Həzrəti Peyğəmbər (səlləllahu əleyhi və alih) uzunqulağdan cüssəcə böyük və qatırdan kiçik olan Buraq adlı ağ rəngli heyvana süvar olaraq Məscidul Əqsaya seyr etdi və onu Məscidul Əqsada bağlayaraq, özü orada iki rükət namaz qıldı sonra Həzrəti Cəbrail Əmin (əleyhi səlam) ilə asimanlara merac etdi.

Qeyd olunan Ovqaf Nazirliyi habelə bildirib ki, İsra və Merac hadisəsinin müxtəlif hikmətləri vardır. O cümlədən Əziz İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) Allah Əzzə Cəllə yanındakı Ali Məqamının olduğunu göstərmək, Peyğəmbərin Amul-huznda (Hüzn İlində) əmisi Həzrəti Əbu talib (əleyhi səlam) cənablarının və sevimli Həyat Yoldaşı, Ümmül-möminin Həzrəti Xanım Xədicəyi Kübranın (səlamullahi əleyha) İslam Uğrunda acından Şəhid olaraq dünyadan köçmələri ilə bağlı yaşadığı qəm və qüssəsinə təskin olmaq, həqiqi möminlərin imanı zəif olan möminlərdən seçilməsi, keçmiş ümmətlərin qazandıqları savab və əzablarını müşahidə etmək, İslam Risalətinin sair İlahi dinlərin risalətinə olduğu üstünlüyünü isbat etmək və İslam Ümmətini Namazın və Allah Təalaya səhih və ixlasla edilən ibadətin əhəmiyyəti çatdırmaq.

Sonda Misirin Ovqaf Nazirliyi vurğulayaraq bildirib ki, İsra və Merac müsəlmanlar üçün misilsiz və böyük möcüzə, Allah Təalanın Kəramətli Peyğəmbərinə (səlləllahu əleyhi və alih) və İslam Ümmətinə olan əzəmətli fəzli və İlahi Qüdrətidir. Bu möcüzə Quran Kərim, sünnət və üləmaların İcması ilə isbat olunmuş və İslam Dininin əsas sütunlarını möhkəm edən mərhələlərdən biridir.

Qeyd edək ki, Misirin Ovqaf Nazirliyi bu bəyanatı mübarək Rəcəb ayının 17-sində baş vermiş, Əziz İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) İsra və Merac etməsinin ildönümü günü münasibəti ilə, vermişdir. Digər bir rəvayətə görə isə İsra və Merac hadisəsi Hicrətdən 12 il öncə, mübarək Ramazan ayının 17-də, başqa bir rəvayətə görə, Hicrətdən öncə Rəbiul-Əvvəl ayının 17-də, başqa bir rəvayətə görə, Besətdən (yəni Peyğəmbərin 40 yaşından) 5 il öncə mübarək Ramazan ayının 17-də, başqa bir rəvayətə görə, Ramazan ayının 27-də, digər bir rəvayətə görə, Zil-hiccə ayının 9-da baş vermişdir.

Sizin rəyiniz

You are replying to: .
captcha