Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi ilə Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Al Nəhyan arasında telefon danışığı aparılıb. Danışıq zamanı ikitərəfli münasibətlər və regionda baş verən proseslər müzakirə olunub.
Tərəflər İran və BƏƏ arasında münasibətlərin müsbət dinamika ilə inkişaf etməsindən məmnunluqlarını ifadə edərək, qarşılıqlı maraq doğuran məsələlərin ardıcıl şəkildə davam etdirilməsinin vacibliyini vurğulayıblar.
İranın xarici işlər naziri Yəmənin cənubunda baş verən son hadisələrə toxunaraq, region ölkələrini Yəmənin birlik və ərazi bütövlüyünün qorunması, eləcə də Yəmən xalqının qanuni tələblərinin təmin edilməsi istiqamətində səylər göstərməyə çağırıb. O bildirib ki, İran İslam Respublikası Yəmən böhranının həll yolunu bu ölkənin birlik və ərazi bütövlüyü əsasında yəmənlilər arasında dialoqda görür.
BƏƏ-nin xarici işlər naziri isə Yəməndə və bütövlükdə regionda sülh və sabitliyin qorunmasının vacibliyini qeyd edərək, Əmirliklərin Yəməndə gərginliyin azaldılması istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib.
Sizin rəyiniz