Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Suriya mənbələri bildiriblər ki, cümə namazı zamanı İmam Əli (əleyhi səlam) adına Məscidində vəhhabi –sələfi terror ünsürləri tərəfindən həyata keçirilən intihar əməliyyatı nəticəsində 3 Şiə Şəhid olub və bir neçə nəfər yaralanıb.
İlkin məlumata görə, yaralıların dəqiq sayı hələlik açıqlanmayıb və ölənlərin sayının artması ehtimal olunur.
“Əl-Məyadin” telekanalı həmçinin xəbər verib ki, Suriya müvəqqəti hökumətinin təhlükəsizlik qüvvələri Vadi əz-Zəhəb məhəlləsində partlayışın baş verdiyi ərazini mühasirəyə alıblar.
Sizin rəyiniz