Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikası Prezidentin birinci müavini Məhəmmədrza Arif bu gün, bazar ertəsi, 15 dekabr 2025-ci il tarixində “İran istehsalı” sərgisini (avadanlıqlar, laboratoriya materialları, eləcə də qabaqcıl test və sınaqlar üzrə XIII sərgi) ziyarəti zamanı Atom Enerjisi Təşkilatının Nüvə Elmləri və Texnologiyaları Tədqiqat İnstitutunun dörd nailiyyətinin təqdimatını edib.
O, bildirib: On dördüncü hökumətin əsas prioriteti yeni yaranan texnologiyalar sahəsində sürətli hərəkətdir. Məqsəd həm ölkənin daxili tələbatını təmin etmək, həm də əldə olunan nailiyyətləri İranla əməkdaşlıqda maraqlı olan region ölkələrinə təqdim etməkdir.
Təqdim olunan nailiyyətlər metastatik melanoma (dəri xərçəngi) xəstəliyinin erkən diaqnostikası və müalicəsi üçün iki radiodərman, metastatik sümük ağrılarının müalicəsi üçün radiodərman istehsalı üzrə avtomatik qurğu, həmçinin Milli Nüvə Təhsil Şəbəkəsindən ibarət olub.
Prezidentin birinci müavini Atom Enerjisi Təşkilatının nailiyyətlərinin təqdimatı zamanı Tədqiqat Həftəsi münasibətilə təbrik edərək deyib: Bu sərgidə ölkəmizin tədqiqatçı və alimlərinin gecə-gündüz apardıqları fəaliyyətin yalnız kiçik bir hissəsini görürük. Bizim əsas qürur mənbəyimiz və başlıca sərvətimiz savadlı və motivasiyalı insan resurslarıdır. Hər hansı bir sahədə çalışsalar da, hər zaman parlaq nəticələr göstərirlər.
Sizin rəyiniz