Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: ABŞ-ın Qərbi Asiyadakı jandarm rejimi, İsrailin Nyu-Yorkdakı Konsulluğunun Baş Konsulu Ofir Akunis “İsrail Kan” kanalına verdiyi müsahibəsində Təl-Əviv siyasətinin heç bir türkiyəli əsgərin Qəzza zolağına girməsinə icazə vermədiyini açıqladı.
Ofir Akunis çıxışında, Türkiyəni “İsrailin düşməni” adlandırdı və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamalarına istinad edərək dedi: “Ərdoğan, İsraili Hitler kimi davranmaqda və Qəzzada soyqırım cinayəti törətməkdə günahlandırmışdı.”
Akunis həmçinin Ərdoğanın “terrorizmi təşviq etdiyini” iddia etdi.
Sionist rejimin Nyu-Yorkdakı Konsulluğunun Baş Konsulu Suriya ilə bağlı vurğuladı: “Biz Suriya ilə təhlükəsizlik müqaviləsinin bağlanmasını istəyirik və bu məsələyə diqqət yetirməliyik.”
O, həmçinin İsrailin keçmiş müdafiə naziri Ehud Barakın əvvəllər verdiyi "Dəməşqdə Homsu yeyəcəyik" açıqlamasına istinad edərək əlavə edib: "Bu mövzunun baş tutması yaxın deyil və gələcək illərdə də mütləq baş verməyəcək."
Akunis daha sonra bildirib ki, sionist rejimi Amerika vasitəçilərindən Dəməşq və Qolan təpələri arasındakı ərazini "mədəniləşdirməyi" (yəni hərbiləşdirməməsini) və həmçinin onun söylədiyinə görə iki ay əvvəl baş vermiş "Dürzi qardaşlarının qırğınını" dayandırmalarını xahiş edib.
Sizin rəyiniz