13 dekabr 2025 - 12:57
Sabiq MKİ analitiki ABNA-ya verdiyi müsahibədə: İranın hərbi imkanları hazırda 12 günlük müharibə dövründəkindən daha güclüdür

Larri C. Conson: ABŞ İran İslam Respublikası Ordusunu təslim etmək iqtidarında deyildir.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Amerikanın Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin analitiki Larri C. Conson ABNA-ya verdiyi müsahibədə Amerika rəsmilərinin ölkənin İrana qarşı müdaxiləçi siyasətinin uğursuzluğu ilə bağlı son etiraflarına toxunaraq, bu dəyişikliklərin əslində səthi olduğunu vurğulayıb.

O, ABŞ-ın İranı "bölgədə əsas qeyri-sabitləşdirici qüvvə" kimi təqdim edən, eyni zamanda İranın ciddi şəkildə zəiflədiyini iddia edən 2025-ci il Milli Təhlükəsizlik Strategiyasına istinad edərək, Amerika dövlətinin çaşqınlıqda olduğunu xatırlatdı.

Conson müsahibəsinin bir hissəsində İranın raket və nüvə imkanlarının azalmadığını, əksinə nüvə proqramının güclü olaraq qaldığını vurğuladı.

O, həmçinin İranın çəkindirici gücünə toxundu və İranın Rusiya və Çinlə hərbi əməkdaşlığının ölkənin ABŞ-a qarşı mövqeyini gücləndirdiyini bildirdi.

Analitik həmçinin İran İslam Respublikasının İraqdakı təsiri barədə də deyib: “İranın İraqdakı Şiə Qrupları və bu ölkənin silahlı qüvvələri ilə güclü əlaqələri ona İraqın daxili siyasətin formalaşdırılmasında əhəmiyyətli üstünlük verir. İran tərəfindən dəstəklənən Həşdu Şəbi –(Xalq Səfərbərlik Qüvvələri) kimi qruplar, bu ölkədə baş nazirin təyin edilməsində və qanunvericiliyə təsir göstərməkdə əsas rol oynayırlar.”

Conson hesab edir ki, İran nəinki zəifləməyib, həm də hazırda regional inkişaflarda əsas oyunçu kimi tanınır və xarici çətinlikləri və təzyiqləri idarə etmək qabiliyyətinə malikdir.

Sizin rəyiniz

You are replying to: .
captcha