Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İsrail Ordusunun Baş Qərargah rəisi Eyal Zamir bildirib ki, 2023-cü il 7 oktyabr tarixində Fələstin müqaviməti qarşısında bu ölkə gözlənilməz vəziyyətlə üzləşib və İsrailin HƏMAS hərəkatına qarşı doktrinası səhv olub.
O əlavə edib: Qəzza zolağı ilə bağlı təhlükəsizlik doktrinası 7 oktyabr faciəsindən əvvəlki illərdə yenidən nəzərdən keçirilməlidir.
Zamir qeyd edib ki, faciəyə qədər olan illərdə tətbiq olunan doktrina HƏMAS-ın hərəkətlərini məhdudlaşdırmağa yönəlmişdi və İsrailin cənub cəbhəsində sakitlik yaradaraq digər cəbhələrə diqqət yetirməsini təmin etmək məqsədi daşıyırdı.
Lakin bu yanlış doktrina HƏMAS-ın böyük hərbi qüvvə formalaşdırmasına imkan yaradıb və təşkilatın niyyətlərini düzgün qiymətləndirməkdə uğursuz olub.
Sizin rəyiniz