2 dekabr 2025 - 16:35
Source: IRNA
Ağ Evdə Venesuela mövzusunda təcili iclas

Ağ Evdə Venesuela mövzusunda təcili iclas

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: ABŞ Prezidenti Donald Trampın Ağ Evdə Vaşinqtonun Venesuelaya qarşı atacağı növbəti addımlarla bağlı mühüm iclas keçirməsi gözlənilir.

Məlumata görə, Donald Tramp bazar ertəsi axşamı Ağ Evdə ölkəsinin Venesuelaya dair növbəti addımlarını müzakirə etmək üçün toplantı keçirəcək. Məsələdən xəbərdar mənbələr bildiriblər ki, bu iclas ABŞ administrasiyasının Venesuelaya qarşı təzyiq kampaniyasını gücləndirdiyi bir vaxtda təşkil olunur.

Trampın kabinetinin və milli təhlükəsizlik komandası­nın əsas simalarının – müharbə naziri Pit Heqset, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Kinn, dövlət katibi Marko Rubio – iclasda iştirak edəcəyi gözlənilir. Həmçinin Ağ Evin aparat rəhbəri Suzi Vayls və onun müavini Stiven Miller də iclasa dəvət olunublar.

Sizin rəyiniz

You are replying to: .
captcha