Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Dakkadakı Beynəlxalq Cinayət Məhkəməsi Banqladeşin keçmiş baş naziri xanım Şeyx Hasinanı qiyabi olaraq insanlığa qarşı cinayətlərdə günahkar bildi və ona edam hökmü verdi.
Hökm, tələbə hərəkatı ilə başlayan və "İyul İnqilabı" kimi tanınan ötən ilki ümumxalq etirazlarına qarşı ölümcül basqından sonra verildi.
Üç hakimdən ibarət heyət xanım Şeyx Hasinanı qətl, soyqırım, işgəncə və qeyri-insani hərəkətlər də daxil olmaqla cinayətlərdə ittiham etdi. Hakim Qulam Murtaza Mazumdar hökmü oxudu: "Təqsirləndirilən baş nazir dronlar, vertolyotlar və ölümcül silahlardan istifadə əmri verərək insanlığa qarşı cinayətlər törətmişdir."
Keçən ilin avqust ayında ölkəsindən qaçan və Hindistanda yaşayan Hasina ittihamları rədd edib və məhkəməni "siyasi şou" adlandırııb. Hindistan hökuməti indiyə qədər onun ekstradisiyası ilə bağlı tələbləri qulaqardına vurub.
Hasinanın devrilməsinə səbəb olan etirazlar tələbə hərəkatı kimi başladı, lakin tezliklə onun avtoritar hakimiyyətinə qarşı ümumxalq üsyana çevrildi.
Hasinanın 15 illik hakimiyyəti bir çox Banqladeş vətəndaşının korrupsiya, işgəncə və məcburi yoxa çıxması ilə qanuniliyini itirdi ki, bu da insan haqları qrupları və Birləşmiş Millətlər Təşkilatının hesabatlarında qeydə alınıb.
Təhlükəsizlik qüvvələrinin basqınlarda etirazçılara qarşı döyüş sursatlarından istifadə etdiyi qeydə alınıb. BMT-nin insan haqları ofisi ölənlərin sayının 1400 olduğunu təxmin edir ki, bu da Banqladeşin 1971-ci ildə müstəqillik qazanmasından bəri ən ölümcül siyasi zorakılıqdır.
Hasinanın mühakimə olunması, etirazçıların dəstəyi ilə keçən il hakimiyyətə gələn Nobel mükafatı laureatı Məhəmməd Yunusun rəhbərlik etdiyi müvəqqəti hökumətin əsas vədi idi. O, Hasinanın işini Beynəlxalq Cinayət Məhkəməsində davam etdirmək üçün Məhəmməd Tacul İslamı baş prokuror təyin edib.
Sizin rəyiniz