Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İRNA Xəbər Agentliyinin verdiyi məlumata görə, İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq bildirib: “İran, Rusiya və Azərbaycan 15 milyon tonluq tranzit həcminə nail olmağı planlaşdırır. Onun sözlərinə görə, bu məqsədə çatmaq üçün infrastrukturun gücləndirilməsi və prosedurların sadələşdirilməsi istiqamətində işlər davam etdirilir.”
Nazir qeyd edib ki, Rəşt–Astara dəmir yolu marşrutunun torpaq sahələrinin alınması tam şəkildə İranın öhdəsindədir, dəmir yolunun çəkilişi və nəqliyyat vasitələrinin təchizatı isə Rusiya tərəfindən maliyyələşdiriləcək.
Fərzanə Sadiqin sözlərinə görə, torpaq sahələrinin alınması prosesi sürətlə davam etdiyini bildirərək əlavə edib: “Rusiya artıq torpaq təhvilinə başlayıb və indiyədək 34 kilometrlik hissə təhvil verilib. Hazırda layihə üzrə texniki və araşdırma işləri aparılır və yaxın vaxtlarda keçiriləcək ikitərəfli və üçtərəfli görüşlərin nəticəsində infrastruktur layihəsində nəzərəçarpan irəliləyişlər gözlənilir.”
Sizin rəyiniz