Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, İsrailin baş naziri Benyamin Netanyahu deyib: “Biz taleyüklü günlərdən keçirik və müharibənin bütün məqsədlərinə çatmaq üçün səylərimizi davam etdirəcəyik”.
O, bəyan edib ki, rejim bütün sionist məhbusları geri qaytarmaq, Həmas rejimini məhv etmək və Qəzzanın bir daha İsraili təhdid etməməsi üçün səylərini davam etdirəcək.
Netanyahu, kabinetinin İsrailin mövcudluğuna zəmanət verdiyini ifadə edərək sözünə belə davam etdi: “İsrail İran oxunu darmadağın etdi və Qərbi Asiyanın simasını dəyişdi.”
İsrailin baş naziri deyib: “Bizə əl qaldıran hər kəs görünməmiş sarsıdıcı zərbə alacaq”.
O, içiboş iddialarını davam etdirərək deyib: “İran Nyu York, Vaşinqton, Boston, Mayami və hətta Trampın Mar-a-Laqo kurortuna çatacaq 11 min kilometr mənzilli qitələrarası ballistik raketlər hazırlayır.”
Qeyd etməklazımdır ki, Netanyahunun İran oxunu sındırmaq iddiası İsrailin dünyada misli görünməmiş dərəcədə təcrid olunduğu, Qəzzaya qarşı iki illik müharibə zamanı onun və nazirlər kabinetinin ağır cinayətləri səbəbindən daxildə və xaricdə ciddi təzyiqlərlə üzləşdiyi bir vaxta təsadüf edir.
Sizin rəyiniz