Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: “Əl-Cəzirə”nin məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü deyib: “İsrailin hücumları hazırda sülhə ən böyük maneədir. Prezident Trampın açıq çağırışlarına baxmayaraq, İsrail hücumlarını davam etdirir və müsbət atmosferi pozur.”
Türkiyə prezidenti bununla bağlı belə davam edib: “İsrail anlamalıdır ki, qan tökməklə, qırğınla, təkəbbürlə, vəhşiliklə heç nə əldə edilə bilməz. Qəzzada törədilən soyqırım və İsrail təcavüzünün artması dünya liderləri ilə görüşlərimizdə müzakirə etdiyimiz məsələlər siyahısında birinci yerdədir. Ən böyük arzumuz odur ki, məzlum Qəzzə xalqının iki illik iztirabları tez bir zamanda bitsin.”
Rəcəb Tayyib Ərdoğan əlavə edib: “Biz bölgəmizi bu ədalətsizlikdən tez bir zamanda xilas etmək istəyirik.”
Sizin rəyiniz