Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Əl-İ`lam Əl-Hərbi xəbər agentliyinin məlumatına görə, Hizbullahın Livandakı Baş Katibi Şeyx Nəim Qasim çərşənbə axşamı Tehranda keçirilən “İrane Həmdel” milli tədbirinə müraciətində şəhid Seyid Həsən Nəsrullahın Hizbullahın qələbələrindəki dəyərli roluna toxunub.
O, deyib: "İsrailə qarşı qələbələri Seyid Həsən Nəsrullah əldə etdi və mühüm olan odur ki, o, daim haqq yolunda olan möhkəm və mücahid bir cəmiyyət yetişdirdi. Şəhid Nəsrullah Fələstin şəhidi, bölgədə və dünyada müqavimət alovunun şəhidi idi və şəhid Səfiəddin də bu nailiyyətlərdə onun şəriki və həmrəyi sayılırdı".
Livan Hizbullahının baş katibi vurğulayıb: “Livanda və regionda gördüyümüz nailiyyətlər və nəticələr İmam Xomeyninin yolu və metodunda olan İmam Xameneinin rəhbərliyi və təlimlərindən qaynaqlanır.”
O, çıxışına əlavə edib: “Biz ilk Əl-Bəs döyüşünə daxil olduq və bu, çətin və çox ağır döyüş idi, lakin biz bu döyüşdən qələbə, qətiyyət, mətanət və əzmlə çıxdıq və inşallah, davam edəcəyik. Sizə müjdə verirəm ki, Seyid Həsən Nəsrullahın övladları qəhrəman döyüşçülər və mübarizlərdir və İsrailin öz məqsədlərinə çatmasına imkan verməyəcəklər. Biz Uca Allahın köməyi ilə güclüyük və İran İslam Respublikasının dəstəyinə görə çox minnətdarıq.”
O, daha sonra davam edərək bildirib: “İranı on iki gün ərzində İsrail-Amerika təcavüzünə göstərdiyi əfsanəvi müqavimətə görə təbrik edirəm. İranın qələbəsi bu günə və tarixə yazılıb və biz bilirik ki, İran həqiqətin, müqavimətin və Fələstinin yanında durmağın bədəlini ödəyir.”
Sizin rəyiniz