Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İRNA-nın məlumatına görə, "Z 212 nəsli" hərəkatının minlərlə fəalı Mərakeşin müxtəlif şəhərlərində, o cümlədən Rabat və Kasablankada ardıcıl yeddinci gündür küçələrə çıxaraq sosial ədalətə dəstək, baş nazirin istefasını, səhiyyə və təhsil xidmətlərinin yaxşılaşdırılmasını, korrupsiya ilə mübarizəni tələb edən şüarlar səsləndiriblər.
"Azadlıq, ləyaqət, sosial ədalət", "Sağlamlıq prioritetdir, biz Dünya Çempionatını istəmirik" və "Xalq korrupsiyaya son qoyulmasını və Əxnuşun (Mərakeşin Baş Naziri) istefasını istəyir" etirazçıların şüarlarından olub.
Sizin rəyiniz