11 sentyabr 2025 - 11:59
Yəmən faşist İsrail rejimini növbəti dəfə hipersonik raketlə hədəf aldı

Yəmən, hücumun Qəzzada davam edən müharibəyə və İsrailin hərəkətlərinə cavab olaraq həyata keçirildiyini qeyd edib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Yəmən Silahlı Qüvvələrinin sözçüsü Briqada Generalı Yəhya Səri bildirib ki, Yəmən Silahlı Qüvvələrinin raket bölməsi yəhudi faşistlərinin işğal etdikləri Qüds şəhəri ətrafında bir neçə həssas hədəfə qarşı hərbi əməliyyat həyata keçirib.

Səri əlavə edib ki, əməliyyatda “Fələstin-2” tipli, çoxsaylı döyüş başlığı ilə təchiz edilmiş hipersəs ballistik raketi istifadə olunub.

O, hücumun Qəzzada davam edən müharibəyə və İsrailin hərəkətlərinə cavab olaraq həyata keçirildiyini qeyd edib.

Sizin rəyiniz

You are replying to: .
captcha