Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Almaniya kansleri bəyan edib ki, ölkəsinin bir çox tərəfdaşının mövqelərinə baxmayaraq, Berlin Fələstini tanımaq niyyətində deyil.
TASS-ın məlumatına görə, Fridrix Merts Kanadanın baş naziri Mark Karni ilə birgə mətbuat konfransında deyib: "Biz "Fələstinin tanınması" planına qoşulmayacağıq. Hesab edirik ki, Fələstinin tanınması üçün lazımi şərtlər ümumiyyətlə yerinə yetirilmir".
O, əlavə edib: “Son günlər və saatlar baş verən hadisələr bizim bu məsələdə mövqeyimizi dəyişməyib”.
Qeyd edək ki, sionist rejimin Qəzzə zolağına geniş hücumları və regionda humanitar vəziyyətin pisləşməsi nəticəsində Fələstinin tanınması üçün beynəlxalq kampaniyaya start verilib.
Sizin rəyiniz