26 avqust 2025 - 15:47
İİR və Avropa üçlüyü danışıqları bu çərşənbə axşamı keçiriləcək

Əraqçi, troykanın snapback mexanizminə əl atmaq hüququnun həm həqiqətən və həm də mənən olmadığını vurğulayaraq, belə bir hərəkətin acı nəticələri barədə xəbərdarlıq edib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Üç Avropa ölkəsinin xarici işlər nazirləri və Aİ-nin ümumi xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə telefonla danışıb.

Ölkəmizin xarici işlər naziri troykanın snapback mexanizminə əl atmaq hüququnun həm həqiqətən və həm də mənən olmadığını vurğulayaraq, belə bir hərəkətin acı nəticələri barədə xəbərdarlıq edib.

Əraqçi vurğulayıb: İran İslam Respublikası özünümüdafiədə mötəbər hərəkət etdiyi kimi, heç vaxt diplomatiya yolundan əl çəkməyib və İran xalqının hüquq və mənafeyini təmin edən istənilən diplomatik həllə hazırdır.

Sonda qərara alınıb ki, İranın üç Avropa ölkəsi və Avropa İttifaqı ilə danışıqları bu həftə çərşənbə axşamı xarici işlər nazirlərinin müavinləri səviyyəsində davam etdirilsin.

Tags

Sizin rəyiniz

You are replying to: .
captcha