26 iyul 2025 - 11:35
İİR Xarici İşlər Nazirliyi faşist İsrail rejimin Knessetinin qərarını pislədi

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi, sionist rejimin parlamentində işğalçı rejimin İordan çayının qərb sahili və İordan vadisi üzərində suverenlik tətbiqinə dair qanun layihəsinin təsdiqlənməsini sərt şəkildə pislədi.

Əhli Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi –ABNA: İran İslam Respublikasının Xarici İşlər Nazirliyi, sionist rejimin Knessetində-parlamentində işğalçı rejimin İordan çayının qərb sahili və İordan vadisi üzərində suverenlik tətbiqinə dair qanun layihəsinin təsdiqlənməsini sərt şəkildə pislədi.

Nazirlik bu addıma qarşı bəyanat yayaraq bildirib:

“İran İslam Respublikasının Xarici İşlər Nazirliyi, sionist rejimin Knessetində işğalçı rejimin İordan çayının qərb sahili və İordan vadisinə nəzarətini qanuniləşdirməyə yönəlmiş qanun layihəsinin qəbulunu, bu rejimin ekspansionist və işğalçı mahiyyətinin növbəti təzahürü kimi qiymətləndirir və onu qətiyyətlə pisləyir.”

Sizin rəyiniz

You are replying to: .
captcha