Əhli Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi –ABNA: Seks alverində ittiham olunan milyarder Cefri Epşteynlə (Ceffri Epstein) münasibətdə olmaq ittihamları qarşısında ABŞ prezidenti Donald Tramp üç yanaşmadan istifadə edib: inkar, diqqəti yayındırmaq və ictimai rəyi yayındırmaq. Lakin ekspertlərin fikrincə, bu qalmaqal son nəticədə onun prezidentliyini zəiflədərək məhv edilməsinə səbəb ola bilər.
Prezidentliyi dövründə Tramp iki impiçmentdən, dörd cinayət ittihamından, 34 cinayətə görə mühakimə olunandan, mülki iddialardan, 2021-ci il yanvarın 6-da Konqresə hücumla bağlı məhkəmə işlərindən, Mar-a-Laqo kurortunda məxfi sənədlərin saxlanmasından və bir sui-qəsd cəhdindən sağ çıxıb.
Ancaq Amerika mediasının, o cümlədən Hill veb saytının etiraf etdiyinə əsasən, Cefri Epşteyn işi fərqli ola bilər.
Sizin rəyiniz