18 iyun 2025 - 11:12
İmam Xamenei Müqavimət Cəbhəsinin Qələbəsi üçün Fəth sürəsi və “Səhifə Səccadiyyə”nin 14-cü duası ilə Təvəssül duasını oxumağı tövsiyə edib

İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei Müqavimət Cəbhəsinin uğuru üçün “Fəth” surəsini, “Səhifə Səccadiyyə”nin on dördüncü duasını və “Təvasul” duasını davamlı şəkildə oxumağı tövsiyə edib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ayətullah Xamenei Müqavimət Cəbhəsinin son qələbələri və düşmənin öz məqsədlərinə çatmamasına cavab olaraq, bu cəbhənin yekun qələbəsinə nail olmaq və sionist rejimin şərini dəf etmək üçün bəzi duaların oxunması ilə bağlı suala cavab olaraq, “Fəth” surəsini, “Səhifə Səccadiyyə”nin on dördüncü duası ilə “Təvəssül” duasını davamlı şkildə oxumağı tövsiyə edib.

Bu barədə Höccətül-İslam Hacı Əli Əkbəri xəbər verib:

“Mərhəmətli və Rəhmli Allahın adı ilə!

...Belə bir vəziyyətdə müqavimət cəbhəsində, bütün müqavimət bölgəsində, xüsusilə Fələstin, Qəzza və Livan bölgələrində daha böyük qələbələr əldə etmək üçün hansı duanın oxunmasının daha yaxşı olacağı ilə bağlı sevimli Rəhbərimizin fikrini öyrənmək istədik. Soruşdum və öyrəndim ki, sevimli Rəhbərimizin fikri belədir:

Qurani-Kərimdən böyük müjdələr ehtiva edən mübarək Fəth surəsini oxuyun; Bu mübarək Əl-Fəth surəsində zəfərlər, bağlı qapıların və düyünlərin böyük açılışlarından, İlahi zəfərdən xəbər verilir.

Dualara gəlincə, mübarək Səhifəi Səccadiyyənin on dördüncü duasını oxumağı tövsiyə edirəm, bu dua baş verən ağır acı haqsızlıqlara qarşı Uca Allahdan qələbə diləyən bir duadır. Təbii ki, bu duada elə bir hissə var ki, orada ad çəkilir – orada “filankəs oğlu filankəs” sözü deyilir – və bu adın yerinə inşallah bu duanı oxuyan zaman siz sionistlərin, Amerikanın və bu kimi zalım rejimlərin və əxəslrin adlarını çəkəsiniz. Bu dua çox şərəfli və mənalı bir duadır ki, əslində zalımların şərrindən Uca Allaha sığınırıq və bu duada məzlumlara kömək edəcəyini vəd edən Allahdan bu gözləntimiz var.

Həmçinin Təvəssül duası oxunmalıdır; Bu duada, Allah-Taalanın hüzurunda Əhli-beytin (ə) nurlu adını zikr edib, onların pak ruhlarından kömək dilənilir, İnşallah, Allah-taala onların adlarının və müqəddəs varlıqlarının bərəkəti, həqiqətləri və nuraniliyi eləcə də Öz lütf və kəraməti ilə ümmət və müqavimət cəbhəsinin daha çox müşküllərin həll edər, zəfər, fəth və qələbələr gətirər.”

Sizin rəyiniz

You are replying to: .
captcha