7 yanvar 2021 - 14:23
Astara yük terminalı vasitəsilə yükdaşıma həcmi artıb

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində olan “ADY Express” şirkəti bildiribdir ki, 2020-ci ildə İran ərazisində yerləşən Astara yük terminalı vasitəsilə yükdaşıma həcmi on altı faiz artıbdır.

ABNA24 Xəbər Verir, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlisinin təkmilləşdirilməsi layihəsi formasında İran ərazisində yerləşən Astara yük terminalını inkişaf etdirmək üzrə podratçı olan bu dəmiryolu şirkəti dünən bildirib ki, 2020-ci ildə bu yük terminalı vasitəsilə bütövlükdə 422 min 100 ton müxtəlif yük daşınıbdır. Bu da bir il öncə ilə müqayisədə on altı faiz artımdan xəbər verir.

2019-cu ildə Astara yük terminalı vasitəsilə 363 min 842 ton müxtəlif yük daşınıbdır.

342/