7 yanvar 2021 - 14:00
Rusiya ABŞ-dakı olaylara münasibət bildirib

Vaşinqtondakı hadisələr göstərdi ki, ABŞ-ın seçki sistemi arxaikdir, müasir standartlara cavab vermir

ABNA24 Xəbər Verir, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Vaşinqtondakı hadisələrə münasibət bildirərkən deyib.

“Bu, ABŞ-ın daxili işidir. Vaşinqtondakı hadisələr göstərdi ki, ABŞ-ın seçki sistemi arxaikdir və müasir standartlara cavab vermir, pozuntu üçün imkanlar yaradır. Dost Amerika xalqına öz tarixlərindəki bu dramatik anları layiqli yaşamağı arzulayırıq”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.

342/