3 yanvar 2021 - 12:41
İbrahimoğlu Ayətullah Misbah Yəzdinin vəfatı münasibətilə başsağlığı verib

Azərbaycan Respublikasının "Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi"nin sədri Ayətullah Misbah Yəzdinin vəfat etməsini düzəlməz bir itki adlandırıb.

ABNA24 Xəbər Verir, Hacı ilqar İbrahimoğlu görkəmli şiə alimi Ayətullah misbah yəzdinin vəfatı münasibətilə bir başsağlığı müraciəti ünvanlayaraq, onu böyük fəqih, filosof, arif, əxlaq ustadı, bənzərsiz Quran müfəssiri kimi xarakterizə edib və deyib: "Ayətullah Misbah Yəzdi, Əllamə Seyid Məhəmməd Hüseyn Təbatəbainin (r.ə.) elmi irsini konseptual nəzəriyyə halına gətirmiş əqlaniyyət mehvərli came bir düha idi.

Bu azərbaycanlı görkəmli din xadimi Ayətullah Misbah Yəzdidən "Alim öldü - aləm öldü" sözünün canlı nümunəsi kimi yad edib və vurğulayıb: "Ayətullah Misbah Yəzdi fəlsəfə və kəlamın mənəvi xəzinəsi , rasional mehvərli və eyni zamanda irfani-əxlaqi zövqlə qidalanmiş əsərlərin yaradıcısı idi".

342/