2 yanvar 2021 - 10:48
ABŞ-nın Nimitz aviadaşıyıcısı Yaxın Şərqdən çıxdı

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bu gün (cümə) bildirib ki, ABŞ-nın Nimitz adlı aviadaşıyıcısı Yaxın Şərqdən çıxıb.

ABNA24 Xəbər Verir, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bu gün (cümə) açıqlayıb: Aviadaşıyıcısı “USS Nimitz”, yaxın şərqdə yerləşən ABŞ Mərkəzi Komandanlığından Virciniyada olan Norfolk Dəniz Bazasına yola düşüb.

Pentaqonun rəsmi bir mənbəyi Sky News-a verdiyi müsahibədə deyib: Nimitz aviadaşıyıcısının Yaxın Şərqdən çıxması, "İranla gərginlik yolu daha da gərginliyə doğru getmir" mesajının təskinləşdirici çərçivəsindədir.

Pentaqona görə, Nimitz aviadaşıyıcısı bölgədə, Somali sahillərində olan son hərbi missiyasını yerinə yetirib.

342/